Abşeron rayon Məhkəməsinin hakimi Firuzə Kərimovanın sədrliyi ilə  İbadullayev Salman Kamil oğluna Cinayət Məcəlləsinin 153.2-cu maddəsi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, cinayət işini araşdıran istintaq orqanı Salman İbadullayevin törətdiyi əməllə bağlı kamera görüntüləri əldə edib. İlkin olaraq CM-nin 150.3.2-ci maddə ilə cinayət işi başlasa da, sonradan istintaq orqanı maddəni dəyişərək 153.2-ci maddəyə tövsif edilib.

Salman İbadullayev verdiyi ifadə zamanı cinayət əməlində özünü təqsirli bilməyib.

*** 18:13

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

"Unikal" xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

*** 15:50

İlahiyyatçı Hacı Salmanın ittiham olunduğu maddə məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, İbadullayev Salman Kamil oğlu barəsində Abşeron Rayon Polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 150.3.2-ci (Seksual xarakterli zorakılıq hərəkətləri-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immun çatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və Salman İbadullayev şübhəli şəxs qismində saxlanılıb.

Seymur Əli

***

11:45

İlahiyyatçı hacı Salman Kamiloğlunun azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı yeni detallar məlum olub.

"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, azyaşlı Ağsu rayonunda yaşayırmış və həmin vaxt dayısıgilə qonaq gəlib. Yolda qızın oynadığını görən ilahiyyatçı ona xoş sözlər deyərək, maşına mindirib və yarımtikiliyə aparıb. Daha sonra həmin ərazidə ona seksual xarakterli hərəkətlər edib. Qız qışqıraraq kömək istəyib, azyaşlının dayısı oğlu dərhal hadisədən xəbər tutub və valideynlərini çağırıb.

Azyaşlının dayısı polis çağırıb və hacı Salman saxlanılıb.

***

09:34

İlahiyyatçı Hacı Salman Kamiloğlu saxlanılıb.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə şübhəli bilinir. Belə ki, Hacı Salman barəsində Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb.

Bildirilib ki, hadisə iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.

Bu gün ərzində Abşeron Rayon Məhkəməsi tərəfindən Hacı Salman Kamiloğlu barəsində qətimkan tədbirinin seçilməsi gözlənilir.