Macarıstan Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazirin sözçüsü Zoltan Kovacs "X" hesabında yazıb.
O bildirib ki, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək:
"Baş nazir Orban türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq"