Rusiyada "Miss Moskva 2024" yarışması keçirilib. 

"Unikal" xəbər verir ki, "Miss Moskva" titulunu Lilia adlı 20 yaşlı qız qazanıb. O, 14 yaşından bəri model kastinqlərindən uğurla keçib, məşhur dizaynerlərin şoularında çalışıb, rəqs etməyi sevir və ingilis dilini yaxşı bilir.

Bu, 29-cu "Miss Moskva" müsabiqəsidir. Ümumilikdə "Miss Moskva" adı uğrunda 17-30 yaş arası 45 qız mübarizə aparıb.