Xəbər verdiyimiz kimi, Hindistanın baş naziri Narendra Modi Rusiyaya rəsmi səfər edib. 

"Unikal"ın məlumatına görə, Modi Moskvada təntənəli mərasimlə qarşılanıb. 

Onun dövlət rəsmiləri ilə görüşü gözlənilir. 

*** 15:57

Hindistanın baş naziri Narendra Modi iyulun 8-də Rusiyaya rəsmi səfərə gedib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın baş nazirinin təyyarəsi Vnukovo-2 hava limanına enib.