İran Xarici İşlər Nazirliyi Almaniya və Avstriya səfirlərini çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə İran XİN-in bəyanatında deyilir. 

“Almaniya səfiri Markus Petzel və Avstriya səfiri Ditrix Heim fərdi qaydada Xarici İşlər Nazirliyinə çağırılıb”, - İslam Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Ötən gün Almaniya və Avstriya xarici işlər nazirlikləri İranın İsrailə raket hücumları ilə bağlı İran səfirlərini XİN-ə çağırıb.