ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer Ermənistana gedib.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın İrəvandakı səfirliyi məlumat yayıb.

Pauer Ermənistan rəhbərliyi, biznes, gənclər və media nümayəndələri ilə görüşəcək.

*** 17:27

Bu gün ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Ermənistana səfər edəcək.

"Unikal" Ermənistan mətbuatına istinadən xəbər verir ki, iyulun 11-dək davam edəcək səfər çərçivəsində sözügedən qurumun bu ölkəyə humanitar, psixo-sosial, eləcə də islahatların təşviqinə dəstəyi müzakirə olunacaq.