Dövlət İmtahan Mərkəzi hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərin yazılı imtahan mərhələsini keçirəcək.

DİM-dən "Unikal"a bildirilib ki, hakim vəzifəsinə namizədlərlə yazılı imtahan mərhələsi də kompüterlər vasitəsilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək.

İmtahanda iştirak etmək üçün 173 nəfər qeydiyyatdan keçib. İmtahan saat 11:00-da başlanır və 4 saat davam edəcək.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Namizədlər imtahanın başlanmasına ən az 1 saat qalmış imtahan binasının qarşısında olmalıdırlar.