İtaliyanın Neapol sahillərində "Apple" şirkətinin qurucusu Stiv Cobsun həyat yoldaşı Laurene Povell Cobsa məxsus 140 milyon dollarlıq 78 metrlik superyaxta ilə meksikalı milyarder Rikardo Salinasa məxsus 105 metrlik  (125 milyon dollar) superyaxta toqquşub.

"Unikal" xəbər verir ki, hər iki superyaxtanın qəza zamanı lövbər saldığı bildirilib.

Qəzanın güclü külək səbəbindən baş verdiyi və yaxtalara ciddi ziyanın olmadığı açıqlanıb. Hər iki yaxtanın ekipajı qəzaya görə bir-birini günahlandırıb.