Los-Ancelesdə amerikalı aktyor Conni Vektorun öldürülməsində şübhəli bilinən 4 nəfər həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb.
Üç nəfər - Robert Barselo, Leonel Qutierrez və Serxio Estrada qətlə görə həbs edilib. Dördüncü şəxs Frank Olano isə qətlə kömək etməkdə ittiham olunub. Bundan əvvəl şübhəlilərin evlərində axtarışlar aparılıb.
Qeyd edək ki, 37 yaşlı aktyor mayın 25-i səhər saatlarında güllələnərək öldürülüb. O, Los-Ancelesin mərkəzində maşınına tərəf gedərkən üç nəfər ona hücum edib. Şübhəlilərdən biri xəbərdarlıq etmədən Vektoru güllələyib. Onlar Vektorun avtomobilindən katalizatoru oğurlamağı planlaşdırırdılar.