Britaniyanın "Coldplay" qrupunun turu rok musiqisi tarixində ən gəlirli tur olub.

"Unikal" xəbər verir ki, bu barədə Billboard məlumat yayıb.

"The Music of Spheres" turu 2022-ci ilin martında başlayıb və qrupa 945,7 milyon dollar qazandırıb. Sənətçilərin pərəstişkarları Şimali və Cənubi Amerika, Avropa və Asiyadakı konsertlərə təxminən 8,8 milyon bilet alıblar.

"Coldplay" qrupunun turu Elton Conun vida turundan daha gəlirli olub. Elton bu səfərlərdən 939,1 milyon dollar qazanmışdı.