Vaxtilə ABŞ və SSRİ arasındakı telekörpülərin aparıcısı olan məşhur amerikalı teleaparıcı Fil Donahyu vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə onun ailəsi “NBC” telekanalının “Today” şosunun rəsmi səhifəsi vasitəsilə məlumat verib. 89 yaşlı F. Donahyu öz evində dünyasını dəyişib.
Qeyd edək ki, onun aparıcısı olduğu “Fil Donahyunun Şousu” proqramının qonaqları arasında Nelson Mandela, Medlin Mürrey O`Hara kimi məşhurlar olub.
F. Donahyu Rusiyalı jurnalist Vladimir Poznerlə SSRİ və ABŞ arasında telekörpülərin aparıcısı olub. O həmçinin 1986-cı ildə “Çernobıl” AES-də baş verən qəzadan sonra əraziyə səfər edən ilk əcnəbi jurnalsit kimi də tarixə düşüb.