UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

"Unikal" xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda öndədir - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

XXX

23:55

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.

"Unikal" xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

XXX

23:34

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında hesab açılıb.

"Unikal" xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda önə çıxıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

XXX

23:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçı start götürüb.

"Unikal" xəbər verir ki, qarşılaşma "Maksimir" stadionunda keçirilir.

Matçı isveçli baş hakim Qlenn Nyuberq idarə edir.

XXX

22:10

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün baş tutacaq “Dinamo” (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçından əvvəl komandaların start heyətləri açıqlanıb.

"Unikal" xəbər verir ki, "Maksimir" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Qarabağ: Fabian Buntiç, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Patrik Andrade, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Dinamo: İvan Nevistiç, Stefan Ristovski, Kevin Teofil Katrin, Sami Mmae, Pyer Qabriel, Mişiç, Marko Pyaça, Petar Suçiç, Martin Baturina, Arber Xodja, Bruno Petkoviç