Aktrisa və müğənni Cennifer Lopez toydan cəmi iki il sonra aktyor Ben Afflekdən ayrılmasına səbəb kimi barışmaz fikir ayrılıqlarını göstərib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, 55 yaşlı ulduz boşanma sənədlərində məhz bunu səbəb göstərib.
Cey Lo boşanma nəticəsində ona və ya Afflekə həyat yoldaşı adına maddi dəstəyin verilməsini istəmir.
Bundan əlavə, o, toydan sonra götürdüyü Cennifer Lin Afflek adının Cennifer Lin Lopez olaraq dəyişdirilməsini istəyib.