Almaniyadan olan 81 yaşlı milyarder 26 yaşlı rus qızla evlənib.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. 

"“Wilhelmina” model agentliyinin keçmiş sahibi Horst-Dieter Eschə Sankt-Peterburqdan olan 26 yaşlı Alina adlı qızla evlənib. Təvazökar toy onların ilk övladlarının dünyaya gəlməsinin ardınca baş tutub. Eyni zamanda, körpənin vəftiz mərasimi toydan dərhal sonra Meksikanın dəbdəbəli kurort One and Only otelinin kilsəsində baş tutub", - KİV yazıb. 

Alman milyarderin toyuna 22 qonaq dəvət olunub, onlara əvvəlcə şampan, sonra pomidor şorbası, bişmiş karides və Meksika deserti verilib. 

Seymur Əli