23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Əməkdar artist Elza Seyidcahanın seçki posteri cırılıb. 

"Unikal" xəbər verir ki, bu barədə müğənni-bəstəkar sosial şəbəkədə bildirib.

"Öz qapıma yapışdırdığım posterimi cırdırmısız. Ayıb deyilmi?! Siz, doğrudan, qorxursunuz. Bilirsiz ki, Elza Seyidcahan güclüdür. Elza Seyidcahan öz halal zəhməti ilə sevgi qazanıb. Xalqının sevgisini, dövlətinin rəğbətini qazanıb. Siz qorxaqsız. Bilirsiz ki, mən gəlirəm dəstələməyə. Dəstələyəcəyəm, çox gözəl dəstələyəcəyəm. Siz dəstələyə bilmədiniz, amma mən sizi dəstələyəcəyəm", - deyə Elza qeyd edib.