Sumqayıt Bələdiyyəsi ölkə ərazisində 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinə uyğun olaraq məqsədyönlü tədbirlər planını həyata keçirir. Belə ki, şəhər ərazisində ağacəkmə və iməcilik tədbirləri reallaşdırılır.

"Unikal" xəbər verir ki, ölkəmizdə səfərdə olan bir qrup COP 29 könüllüləri (Türkiyə, İtaliya, Fransa, Almaniya, Polşa, Çexiya, Bolqarıstan, Serbiya) əvvəla Sumqayıt Bələdiyyəsinin inzibati binasında olub, bir sıra şəxslərlə görüşüb, fikir mübadiləsi apardılar. Daha sonra şəhərin "Yaşma bağları" adlanan ərazisində olan könüllülər burada bəzi iməcilik işlərində iştirak ediblər. Belə ki, ətraf tullantılardan təmizləndikdən, səliqə - səhman yaradıldıqdan sonra ərazidə əkiləcək ağaclar üçün çoxsaylı çuxurlar qazılıb. 

Qeyd edək ki, Sumqayıt Bələdiyyəsinin bu tipli tədbirləri il ərzində davam etdiriləcək.