Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi general-mayor Azər İbrahimov vəzifəsindən azad edilib.

"Unikal"ın “Qafqazinfo”ya istinadən məlumatına görə, general İbrahimov sərəncama götürülüb.

Akademiyanın rəisi vəzifəsinin icrası general-mayor Faiq Məmmədova həvalə edilib.

Qeyd edək ki, Azər İbrahimov 2022-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasına rəis təyin edilib.