Noyabrın 20-də Vətən müharibəsi şəhidi Babazadə Ülfət Qabil oğlunun anım günüdür.
"Unikal" xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri və şəhid ailəsinin üzvləri Vətən müharibəsi şəhidi Babazadə Ülfət Qabil oğlunun Daştatük kənd qəbristanlığındakı məzarını ziyarət ediblər, məzarı önünə gül dəstələri düzüblər, xatirəsini ehtiramla anıblar, ruhuna dualar ediblər.
İcra başçısı Taleh Qaraşov şəhidin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə yaxından maraqlanıb.
Şəhid ailəsinin üzvləri də öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.