Türkiyənin Sakarya vilayətinin Adapazarı rayonunda 32 yaşlı azərbaycanlı Türkiyə vətəndaşı Şəlalə Mirzəli güllələnərək öldürülüb.  

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Hadisəni törətməkdə şübhəli bilinən qadının keçmiş sevgilisi 45 yaşlı Alaattin A. silahla küçədə qətl törətdikdən sonra ərazidən qaçib. Şübhəli daha sonra saxlanılıb. Polis idarəsində dindirilməsi başa çatdıqdan sonra o, məhkəməyə göndərilib və həbs edilib.

Məlum olub ki, hadisə rayonun Cümhuriyyət məhəlləsi, Baxçıvan küçəsində baş verib. Azərbaycanlı qadın bazarda işləyirmiş. O, 6 yaşlı uşağını qohumunun evinə qoyub iş yerinə gedərkən yolda güllələnib. İlkin tibbi yarddan sonra xəstəxanaya çatdırılan Şəlalə Mirzəlinin həyatını xilas etmək mümkün olmayıb. 

Alaattin A.-nın hadisədən sonra qaçdığı anların  görüntüləri də üzə çıxıb. Hadisədən sonra onun əlindəki silahla qaçdığı anlar sübut kimi təhvil verilib. 

Ağarza Elçinoğlu