Futbol üzrə Finlandiya milli komandasının baş məşqçisi Markku Kanerva istefaya göndərilib.
"Unikal" xəbər verir ki, Millətlər Liqasında uğursuz nəticələrdən sonra 60 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
B Liqasının 2-ci qrupunu xalsız başa vuran Finlandiya seçməsi C Divizionuna yuvarlanıb.
Qeyd edək ki, Markku Kanerva 2017-ci ildən Finlandiya millisinə rəhbərlik edirdi.