Rusiyanın Rostov vilayətində Hava Hücumundan Müdafiə və Elektron Müharibə (EW) qüvvələri bir gecədə 24 Ukrayna pilotsuz təyyarəsini vurub.

"Unikal" xəbər verir ki, bu barədə regionun qubernatoru vəzifəsini icra edən Valeri Slyusar öz "Telegram" kanalında məlumat verib. 

O, itki və dağıntıların olmadığını vurğulayıb.