Moskva Londonun düşmənçilik hərəkətlərinə cavab olaraq 30 Britaniya vətəndaşına, o cümlədən baş nazirin müavini, daxili işlər, ədliyyə, səhiyyə və maliyyə nazirliklərinin rəhbərlərinə qarşı sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Britaniya tərəfinin düşmənçilik hərəkətlərinə cavab olaraq, Rusiyanın “stop siyahısı”na bir sıra siyasi qurumun, hərbi blokun, yüksək texnologiyalı müəssisələrin, habelə Britaniya jurnalist korpusunun nümayəndələrinin daxil edilməsi barədə qərar qəbul edilib”, - nazirlikdən bildiriblər.
Qeyd edilib ki, Rusiya Böyük Britaniyanın düşmənçilik hərəkətlərinə cavab olaraq, Rusiya Federasiyasına girişi qadağan ediləcək Britaniya vətəndaşlarının "stop" siyahısını genişləndirməyə davam edəcək.
Qeyd edək ki, Böyük Britaniya səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Edvard Pryorun ölkənin təhlükəsizliyini təhdid edən kəşfiyyat və separatçı fəaliyyətə görə Rusiyadan deportasiyasına qərar verilib.