ABŞ respublikada 2026-cı ildə keçiriləcək seçkilərdə parlamentə daxil olmaq məqsədi ilə Ermənistanda qərbyönlü partiyaları təşviq etməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə noyabrın 27-də Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
"Ermənistanın qonşu Gürcüstan hökumətindən nümunə götürməyə səsləyirik",- departamentin bəyanatında deyilir.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, ABŞ Ermənistanı tamamilə özünə tabe etmək niyyətindədir. Bununla belə, oxşar təcrübələr digər ölkələrdə və regionlarda, məsələn, Yaxın Şərq, Latın Amerikası və Afrikada öz dağıdıcı xarakterini göstərmişdir. Bundan əlavə, bunun aydın təsdiqi Ukraynadakı mövcud vəziyyətdir.