ABŞ və Qərb Rusiya prezidenti Vladimir Putinin sülh təklifinə alternativin olmadığını başa düşsələr, Ukrayna böhranının danışıqlar yolu ilə həlli mümkündür. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlayıb. 

"Əgər onlar özlərini aldatmağa davam etsələr və bəzi yanlış başa düşülən sxemlərdə israr etsələr və vəziyyəti kömək, silahla gücləndirsələr, eləcə də Kiyevi daim yeni təxribatlara və cinayət əməllərinə təhrik etsələr, əlbəttə ki, seçim üçün heç bir əsas olmayacaq. Bu, kifayət qədər sadədir – ya Putinin təklifini qəbul edin, ya da vəziyyətin daha da pisləşməsi perspektivi ilə indi olduğu yerdə qalın", - Ryabkov vurğulayıb.

Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli təşəbbüsündən çıxış edib: "Moskva Ukrayna qoşunlarının Rusiyanın yeni regionlarının ərazisindən çıxarıldıqdan sonra dərhal atəşi dayandıracaq və danışıqlara hazır olduğunu bəyan edəcək". Bundan əlavə, Rusiya lideri əlavə edib ki, Kiyev NATO-ya üzv olmaq niyyətindən imtina etdiyini bəyan etməli, demilitarizasiya və denazifikasiyanı həyata keçirməli, həmçinin neytral, bloklara qoşulmayan və nüvəsiz statusu qəbul etməlidir.

Ağarza Elçinoğlu