Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstanda baş verən son hadisələri “konstitusion çevriliş” kimi qiymətləndirib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, “Gürcü arzusu” hökuməti artıq heç nə gizlətmir, Aİ ilə danışıqlardan imtina etdiyini açıq şəkildə bəyan edir.
“Bir neçə həftə, bəlkə də aylardır davam edən konstitusiya çevrilişi bu gün başa çatıb. Bu gün Avropadan Rusiyaya gedən yol başa çatıb. İnsanlardakı şübhələr bu gün aradan qalxdı. Bu gün bu qeyri-legitim hakimiyyət öz xalqına, öz keçmişinə və gələcəyinə müharibə elan edib. Bu yolda Gürcüstanın dövlət suverenliyi, müstəqilliyi və Rusiyadan başqa gələcəyi yoxdur”, - deyə Zurabişvili bildirib.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstan 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üçün danışıqlardan imtina edir.