2024-cü il 3 dekabr tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) I korpusunun akt zalında müəllim və tələbələrin iştirakı ilə EBSCO elmi məlumat bazasına dair seminar keçirilib.
"Unikal" xəbər verir ki, tədbir dünyanın ən nüfuzlu elmi məlumat bazalarından biri olan EBSCO-nun geniş imkanlarının təqdim olunmasına və ondan effektiv istifadənin yollarının izahına həsr edilib.
Seminarda EBSCO-nun nümayəndələri Aleksandr Rıtov, İrina Sercan və Kulajenko Vladimir Gennadieviç geniş təqdimatlarla çıxış ediblər. Onlar məlumat bazasının üstünlükləri, elmi tədqiqatlar üçün dəyərli resurslar və onun səmərəli istifadəsinə dair tövsiyələr veriblər. Tədbir iştirakçıları mütəxəssislərə birbaşa suallar ünvanlayaraq bazanın imkanları haqqında daha ətraflı məlumat almaq imkanı əldə ediblər.
Bundan əlavə, tədbirdə Belarus Dövlət Universitetinin Fundamental Kitabxanasının direktoru və Belarus Kitabxanalar Assosiasiyası Şurasının sədri Yevgeniya Viktorovna Qrabko və Beynəlxalq Münasibətlər fakültəsinin xidmət şöbəsinin müdiri də iştirak edərək təcrübələrini paylaşdılar və iştirakçılarla fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, EBSCO məlumat bazası 25 yanvar 2025-ci il tarixinədək AzMİU-nun bütün istifadəçiləri üçün açıqdır. Məlumat bazasına daxil olmaq və ondan faydalanmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://research.ebsco.com/c/qeejk5/search