Avropa İttifaqı bu ilin sentyabrında ayrılmış 13,5 milyon avro qrantdan əlavə "Ermənistan Respublikası üçün Dövlət və Dayanıqlılığın İnkişafı Sazişi" çərçivəsində Ermənistan hökumətinə 1,5 milyon avro qrant köçürüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Aİ-nin Ermənistan ofisinin məlumatına görə, bu büdcə dəstəyi proqramı Qarabağ ermənilərinin qısa və orta müddətli ehtiyaclarının ödənilməsində, eləcə də onların uzunmüddətli sosial-iqtisadi inteqrasiyasında Ermənistan hökumətinə yardım etmək, Ermənistanın təhsil, sosial müdafiə və səhiyyə sistemlərinə daxil edilməsini təmin etmək üçün nəzərdə tutulub. 

Ağarza Elçinoğlu