"Forbes" jurnalı "Dünyanın ən güclü 100 qadını" siyahısını açıqlayıb. 

"Unikal" xəbər verir ki,  cəmi 33 trilyon dollarlıq iqtisadi gücü olan qadınlar arasında yeganə türk adı Güler ​​Sabancı olub. Sabancı Holdinqin ilk qadın meneceri Güler ​​Sabancı siyahıda 80-ci yerdə qərarlaşıb.

"Forbes" Sabancının karyerasına diqqət çəkərkən onun Sabancı Universitetinin qurucu prezidenti və Sabancı Fondunun prezidenti kimi Türkiyədə sosial məsuliyyət layihələrinə rəhbərlik etdiyini vurğulayıb. 

Siyahının ilk dörd pilləsində siyasi səhnənin önəmli adları öz izini qoyub. Siyahının başında Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ikinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard, üçüncü yerdə İtaliyanın baş naziri Giorgia Meloni, dördüncü yerdə isə Meksika prezidenti Klaudiya Şeynbaum qərarlaşıb.

Gülayə Mecid