"Heç bir liderin Kiyevsiz Rusiya diktatoru Vladimir Putinlə danışıqlar aparmağa haqqı yoxdur, çünki bu müharibənin qurbanı Ukraynadır". 

"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

"İsrar edirəm ki, dünyada heç bir liderin Putinlə Ukraynasız danışıqlar aparmaq hüququ yoxdur. Biz bu mandatı heç vaxt heç kimə həvalə etməmişik. Biz qurbanıq. Hamı ölkənin necə yaşamalı olduğunu deməyə başlasa, ədalətsizlik olardı. Fransada fransızlar, İtaliyadakı italyanlar və ya ABŞ-dəki amerikalılar özləri üçün nə istədiklərini bilirlər", - prezident bildirib.

Ağarza Elçinoğlu