Donald Trampın komandası Avropa rəsmilərinə bildirib ki, ABŞ-nin yeni administrasiyası Ukraynaya yardımı davam etdirməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Financial Times" yazır.
“Tramp indi andiçmə mərasimindən sonra ABŞ-nin Kiyevə hərbi tədarükünü davam etdirmək niyyətindədir”, - deyə nəşr yazıb.
Tramp apreldə seçki kampaniyası zamanı bildirmişdi ki, yenidən seçiləcəyi təqdirdə, Avropa ölkələri də ona kömək etməsə, Ukraynaya yardım etməyəcək. .