Təyyarə qəzası nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstəriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunub.
Sərəncama əsasən, Dövlət Komissiyası baş vermiş qəzanın səbəblərini qısa müddətdə araşdırıb Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək, qəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi təmin ediləcək, qəza nəticəsində həlak olmuş və xəsarət almış xarici ölkə vətəndaşları ilə bağlı məsələlər həll ediləcək.