Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar saat 11:00-dan 17:00-a qədər adıçəkilən ölkənin Bakıdakı Səfirliyinin Nəcəfqulu Rəfiyev küçəsi 14 ünvanında yerləşən binasında xatirə kitabı açılacaq.

"Unikal" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.