"Baş verən təyyarə qəzası nəticəsində bir neçə ekipaj üzvü həyatını itirib. Ekipaj üzvlərinin öz işlərini qəhrəmancasına yerinə yetirmələri nəticəsində 20-dən çox sərnişin sağ qalıb".
"Unikal" xəbər verir ki, bu sözləri AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında deyib.
"Sözsüz ki, bu, həm AZAL üçün, həm də Azərbaycan xalqı üçün çox böyük hadisə idi. Məsələ hazırda araşdırılır. Qəzanın səbəbləri barədə məlumat veriləcək. Dərdimiz böyükdür. Allah həyatını itirənlərə rəhmət etsin. Sağ qalanlara şəfa diləyirəm.
Sağ qalanların bu gündən etibarən ölkəyə gətirilməsi planlaşdırılır. Yəqin ki, yaxın günlərdə onlar hamısı Azərbaycana gətiriləcək.
Hələ ki, qəza ilə bağlı hər hansı məqamdan danışmaq tez olardı. Təyyarəni qara qutusu tapılıb. Detallı araşdırmalardan sonra bütün məqamlar aydın olacaq", - deyə S.Rzayev qeyd edib.