Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi ehtiramla anılıb.
"Unikal" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti qəza nəticəsində həlak olanların əziz xatirəsini ehtiramla anıblar.
Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Qazaxda da həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.