Təyyarə qəzasında həlak olan Balakən sakini dəfn olunub.

"Unikal" xəbər verir ki, Aktau şəhərində təyyarə qəzasında həlak olan sərnişinlərdən biri - Balakən rayon  sakini 1998-ci il təvəllüdlü Ramazan Nəriman oğlu Filiyev bu gün səhər saatlarında rayonun  Şərif kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində R.Filiyevin yaxınları, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Filiyev ailəli idi, 10 aylıq oğlu var.

Seymur Əli