Aptek satıcıları ilə bağlı yeni cərimə müəyyən edilir.
"Unikal" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, reseptə yazılmış təsiredici maddə üzrə aptek təşkilatında mövcud olan dərman vasitələri və onların qiymətləri barədə aptek təşkilatının satıcısı tərəfindən istehlakçıya məlumat verilməməsinə görə iki yüz manat məbləğində cərimə edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Anar Kəlbiyev