AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Qeyd olunub ki, Azərbaycan Qazaxıstan komandası ilə yanaşı, araşdırmaları dərinləşdirmək üçün Türkiyədən də ekspert qrupu istəyib. Türkiyənin mülki aviasiya ekspertlərindən ibarət nümayəndə heyəti qəza yerinə gedib. Türkiyədən gedən komanda öz rəylərini və araşdırmalarını Azərbaycan rəsmiləri ilə bölüşəcək.

Ağarza Elçinoğlu