Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli yanvarın 9-u saat 15:30-da heyvandarlıq məhsullarının istehsalı, emalı, həmçinin heyvan və quş kəsimi sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək.

"Unikal" xəbər verir ki, Agentliyin inzibati binasında keçiriləcək görüşdə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslərin müraciətləri dinləniləcək.

Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək, [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.