Ukraynada təhsil alacaq azərbaycanlı tələbələr üçün Milli Qəhrəman Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev sosial şəbəkədə yazıb.
"Aleksandr Kropivnitskidəki Ukrayna Dövlət Aviasiya Akademiyasında magistratura pilləsini bitirib. Ukrayna Dövlət Aviasiya Akademiyasının rəhbərliyi Ukraynanın xalq deputatı Qrişuk Romanın, habelə Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyinin və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun dəstəyi ilə Aviasiya Akademiyasının auditoriyalarından birinə Milli Qəhrəmanın adının verilməsi barədə qərar qəbul edib. Bundan başqa, Azərbaycanlıların Birləşmiş Diasporu Ukrayna Dövlət Aviasiya Akademiyası və Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi ilə birlikdə Azərbaycandan Aviasiya Akademiyasında təhsil alacaq gələcək pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüdün açılması imkanını da nəzərdən keçirir", - deyə məlumatda qeyd olunur.