Milli Məclisin deputatı Asif Əsgərov dekabrın 25-də baş verən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin,Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olmuş Zaqatala rayonunun Danaçı, Abaəli və Höytala kəndlərinin sakinlərinin yas mərasimlərində iştirak etmişdir.

"Unikal" xəbər verir ki, həlak olanların ailələrinə baş sağlığı verilib və maddi yardım göstərilib.

Sonda zərərçəkmiş ailələlər cənab prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban  xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlığlarını bildiriblər.