Bu il Bakıda və Abşeron yarımadasında maksimal temperatur 39 dərəcə (avqustun 5-i), bölgələr üzrə isə Hacıqabulda 43.5 dərəcə (iyulun 5-i) qeydə alınıb.

"Unikal" xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, cari il ərzində havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında fevralın 28-də 3.4 dərəcə şaxta qeydə alınıb.

Xidmət rəisi əlavə edib ki, bölgələr üzrə isə Şahdağda dekabrın 14-ü 22 dərəcə şaxta müşahidə olunub.