Moskvada “Scarlet Sails” yaşayış kompleksində baş verən partlayışda yaralanan “ArBat” batalyonunun təsisçisi, DXR Boks Federasiyasının rəhbəri Armen Sarkisyan xəstəxanada dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
***13:29
Fevralın 3-də səhər saatlarında Moskvanın Aviatsionnaya küçəsində yerləşən “Scarlet Sails” yaşayış kompleksində partlayış baş verib. Məlumata görə, binanın girişində əldəqayırma partlayıcı qurğu partlayıb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, baş verən partlayış DXR Boks Federasiyasının rəhbəri və “ArBat” batalyonunun yaradıcısı Armen Sarkisyana qarşı sui-qəsd cəhdi ilə bağlı ola bilər.
Partlayış Sarkisyanın mühafizəçilərin müşayiəti ilə zaldan keçərkən baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 4 nəfər xəsarət alıb. Moskva Səhiyyə Departamenti yaralıların vəziyyətinin ağır kimi qiymətləndirilir.
"Sarkisyanın ayağı amputasiya olunacaq. Onun mühafizəçisi də ağır yaralanıb. Ölən şəxsin kimliyi hələlik məlum deyil. Onun üzü tanınmaz haldadır", - KİV-lərdən biri yazıb.
Məlumata görə, 2024-cü ilin dekabrında Ukrayna Təhlükəsizlik Xidməti Armen Sarkisyanı axtarışa verib. SBU-nun hesabatında Sarkisyan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin yaxın çevrəsinə daxil olan kriminal avtoritet adlanır. Ukrayna xüsusi xidmətinin məlumatına görə, tammiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Sarkisyana “ağır cinayətlərə görə məhkum edilmiş təkrar cinayətkarların” daxil olacağı “ArBat” batalyonunu yaratmaq tapşırılıb. Onlar Torets istiqamətində fəaliyyət göstəriblər və sonra Kursk vilayətinə köçürülüblər.
***11:27
Moskvanın Aviatsionnaya küçəsində yerləşən “Scarlet Sails” elit yaşayış kompleksində partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat dərc edib.
Partlayış 1-ci mərtəbədə qeydə alınıb. Bildirilir ki, partlayışa səbəb əldəqayırma partlayıcı qurğu və ya qumbara olub. Hadisə nəticəsində bir nəfər ölüb.
Gülayə Mecid