ABŞ-də təyyarə Hyuston hava limanında havaya qalxarkən alovlanıb.
"Unikal" xəbər verir ki, təyyarənin qanadı qəfildən yanmağa başlayıb. Ekipaj uçuşu dayandırıb və sərnişinləri təxliyə edib.
Təyyarədə 104 sərnişin və 5 ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Sərnişinlər başqa reyslə Nyu-Yorka yola salınacaq.
Yanğın mühərrikdəki nasazlıqlar səbəbindən qanad sahəsində başlayıb. Federal Aviasiya Administrasiyası hadisənin səbəblərini araşdırır.