"Guya ki, Ermənistan Qərbi azərbaycanlılara kompensasiya ödəyib. Ermənistanın bu açıqlaması həm həqiqətin, həm də rəqəmlərin təhrifidir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Hikmət Babaoğlu deyib.
"Birincisi, Arorat Mirzoyanın dediyi kimi, 170 min deyil, 300 min azərbaycanlı etnik təmizləmə siyasətinə məruz qalıb. İkincisi, verilən kompensasiya azərbaycanlıların evləri üçün verilən kompensasiya deyil. Çünki, 1988-ci ildə dekabr ayının 7-də Spitak şəhərində zəlzələ baş verdi. 1988-ci ildə müstəqil Ermənistan Respublikası yox idi. Həmin vaxt zəlzələ baş verən ərazidə yaşayan azərbaycanlılara evlərinin təmir edilməsi üçün SSRİ büdcəsindən zəlzələnin verdiyi zərərin aradan qaldırılması üçün müəyyən kompensasiyalar verildi. Amma o ödənilən kompensasiya xərcləndikdən sonra, evlər təmir edildikdən sonra, ermənilər tərəfindən mənimsənildi və azərbaycanlıların mülkiyyət hüququ tapdalandı", - deyə deputat bildirib.
Anar Kəlbiyev