Gəncədə qadın bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, şəhər sakini 1994-cü il təvəllüdlü G.Allahverdiyev qulağının kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 31 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov