"Aİ ciddi böhran içindədir və bu böhranın bir neçə komponenti var: liderlik böhranı, semantik böhran və iqtisadi böhran". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan fevralın 17-də keçirdiyi mətbuat konfransında deyib. 

Köçəryan Ermənistanın Aİ-yə üzvlüyü barədə danışarkən bildirib ki, birlik Aİ-yə daxil olmaq üçün bütün prosesləri donduracaq: "Ermənistanda Aİ-yə qəbul prosesi son dərəcə müsbətdir. Bunun nəticələri isə şübhəsiz ki, ölkəmiz üçün çox ağır olacaq. İki stulda oturmaq olmaz, çünki o iki stul bir-birindən çox uzaqdır". 

Ağarza Elçinoğlu