Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. 

FHN-dən "Unikal"a verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***01:16

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən iaşə obyektində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Nazirlikdən "Unikal"a verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***01:13

Xırdalanda "AAAF Park" Yaşayış Kompleksində güclü yanğın başlayıb. 

"Unikal" xəbər verir ki, hadisə parkın ərazisində xidmət göstərən restoranların birində baş verib.

İlkin məlumata görə, yanğına qaz balonunun partlaması səbəb olub.