Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Bəydili kəndində, Elşad Eyvazova məxsus ümumi sahəsi 64 kvadratmetr olan evdə qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunsa da, 1 mərtəbəli 4 otaqlı ev yanaraq kül olub.
İlkin məlumata görə, hadisə internet modeminin alışması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev