Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

Bu barədə "Unikal"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

"Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb", - deyə NİİM-dən bildirilib.

Xatırladaq ki, sürət həddi ötən gün axşam saatlarında endirilmişdi.

***10:13

Paytaxtın bəzi yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Görünüş məsafəsi azalan yollar:

1. Zığ dairəsi- Hava Limanı yolu;
2. Heydər Əliyev prospekti;
3. Yusif Səfərov küçəsi;
4. Aeroport şosesi;
5. Ziya Bunyadov prospekti.

Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.