Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ və Ukrayna arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlar nəticəsində əldə olunan razılaşmalara münasibət bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

"ABŞ və Ukrayna arasında danışıqlar, o cümlədən sülh sazişinin bağlanması təklifi, kəşfiyyat məlumatlarının mübadiləsinin bərpası və ABŞ-nin təhlükəsizlik yardımının göstərilməsi ilə bağlı Ciddədən gələn xəbərləri alqışlayırıq. Bu, Ukrayna üçün hərtərəfli, ədalətli və davamlı sülhə doğru addım ola biləcək müsbət hadisədir. 

İndi top Rusiyanın meydanındadır. Avropa İttifaqı qarşıdakı sülh danışıqlarında öz tərəfdaşlarına qoşulmağa hazırdır", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu